Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov Ali Məhkəmənin hakimi olmaq niyyətindədir. Bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxın ətrafından bildirilib.
Məlumata görə, bu yaxınlarda Ali Məhkəmənin bir neçə hakiminin təqaüdə göndərilməsi bu instansiyada vakansiya yaradıb.
Baş prokuror olduğu dövrdə prokurorluq orqanlarında rüşvət və korrupsiya hallarına geniş meydan açan Zakir Qaralovun mənfi imici onun bu posta buraxılmasını sual altına salıb.
Onu da qeyd edək ki, Qaralovun işdən azad ediləndən sonra da Ali Məhkəmə və Konstitusiya Məhkəməsinə hakim getmək istəyi olsa da bu baş vermədi.