Respublikamızda "Son zəng" tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir.
Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.
