Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Adamların dərdi ReAl-dır, İlqardır...”

1 809
Paylaş:
“Adamların dərdi ReAl-dır, İlqardır...”

Dəyərli jurnalist doslar və facebook əhli! Lütfən, “zoomparkın” son seriyası ilə bağlı zəng etməyin, adımı tag edib bu məsələ ilə bağlı şərh verməyimi istəməyin – mənasız işdi, zatən hər şey göz qabağındadı: Adamların dərdi bu hökumət deyil də, müxalifətdi, REAL-dır, İlqardır, Zöhrabdır, dilləri və üslubları üfunət iyi verir, sonra da cəmiyyətin bəzi səmimi üzvləri deyir ki, niyə birləşmirsiniz, nədən birgə hərəkət etmirsiniz?! Bu səviyyədə olanlarla birləşsən nə əldə edəcəksən ki?! Zatən onların dərdi ölkəni dəyişmək deyil, tək işləri hamıya qara yaxaraq, çamur ataraq, “müxalifət nazirliyi” statusunda qalmaqdır. Olsun, biz ölkədə normal sistem qurub hakimiyyətə gələndə də müxalifət onlar olsun, problem deyil. Bilirik ki, yenə çıxıb, “mənfur REAL rejimi”, deyib zəvzəkləyəcəklər, yenə də ortalığa plan, proqram, sənədlər, cəlbedici hekayə qoya bilməyəcəklər.

Belə "müxalifətə" can "qurban”...

Natiq Cəfərli

ReAl Partiyanın funksioneri

Paylaş:

Ən son xəbərlər