Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları sökülür.
Söküntü üçün əraziyə nümayəndələr gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.
Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.