Gəncədə 3 vətəndaşa məxsus bir-birinə yaxın fərdi evlərdə yanğın olub.
Ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 34 kvadratmetr olan talvar, bitişik ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin çardağı 40 kvadratmetr və ümumi sahəsi 105 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 kvadratmetr olan çardağın 20 kvadratmetr sahəsi yanıb.