Gəncədə qətl hadisəsi törətməkdə təqsirləndirilən Samir Hüseynovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd: Hadisə 27 iyun 2023-cü il tarixdə saat 01 radələrində Gəncənin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib. Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini S.Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib.