"Zülalla zəngin balıq və toyuq əti, bitki qidalarının tərkibində olan antioksidantlar və lif, eləcə də qoz-fındıqlarda olan faydalı yağlar xərçəng riskini azaldır".
Bunu ABŞ-li onkoloq, tibb elmləri doktoru Nikol Endryus deyib.
Həkim qeyd edib ki, xərçəng əleyhinə pəhriz dedikdə boşqabın üçdə ikisini meyvə, tərəvəz, tam taxıllar, qoz-fındıq, tum, lobya və ya paxlalılar kimi bitki qidaları ilə doldurulmasını nəzərdə tutur. Bütün bu məhsulların tərkibində antioksidantlar (xüsusi molekullar) və hüceyrələri zədələnmədən qoruyan və mövcud qüsurları düzəldən fitokimyəvi maddələr var.