Ədliyyə Nazirliyində aparılan struktur dəyişikliyi ilə bağlı idarə rəisi sərəncama götürülüb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib.