Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Z.Mikayılovun özünə təyin etdiyi müşaviri, qudası Şirinov Əsəd Əli oğlu vəzifəsindən istefa verib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri vəzifəsindən Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyev də təyinatı müvəqqəti olaraq dayandırılıb.