Gəncədə kafe sahibini qətlə yetirən 2004-cü il təvəllüdlü Samir Hüseynova hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsi S.Hüseynovu Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olan Samir tanışı 1988-ci il təvəllüdlü Kamil Cəfərovu 23 bıçaq xəsarəti ilə amansızlıqla öldürüb.