"Mən Voronejdən Azərbaycana gələndə populyar rok ifaçısı idim. İlk dəfə indiki Heydər Əliyev sarayının səhnəsinə uzun saçlarla, rokçu imicində çıxanda ön sırada oturmuş böyük sənətkarlar hamısı üzümə təəccüblə baxmışdılar. O konsertdən sonra mənə çox dəvətlər gəldi, lakin son anda hamısında adım siyahıdan çıxarılırdı. Səbəbini illər sonra mərhum müğənni, Yalçın Rzazadə mənə açıqladı". Bu fikirləri Lent.az-a müğənni, pedaqoq İntiqam Kərimov söyləyib.
"Ölümündən az öncə Yalçın Rzazadə mənimlə görüşüb halallıq istədi. Dedi: "O konsertdən sonra müğənnilər dedilər ki. bu cavan oğlan çox fərqlənir, onun varlığı bizim sənətimizi kölgədə qoyacaq. Ona görə hər yerdə sənə əngəl oldular. Mən mane olmadım. Buna görə haqqını mənə halal elə".