Sabunçu rayonunun Balaxanı qəsəbəsində 2006-cı il təvəllüdlü Rəşid Rüstəm oğlu İmanov yaşadığı kirayə mənzildə bıçaqlanaraq qətlə yetirilib.
APA xəbər verir ki, hadisə qəsəbənin Səməndər Rzayev küçəsində baş verib.
Yaxınlarının verdiyi məlumata görə, Rəşid İmanova boğaz nahiyəsindən arxadan bıçaq xəsarəti yetirilib.
Mərhumun aşpaz olduğu deyilir.


