Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanıldı

1 280
Paylaş:
Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Ruslan Hacıyev saxlanılıb. Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:

Ən son xəbərlər