BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəranda avtomobil su kanalına aşıb, 3 nəfər xəsarət alıb - FOTO

Lənkəranda idarəetməni itirən avtomobil su kanalına aşıb.

 

Hadisə bu gün günorta saatlarında Ələt - Astara - İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində baş verib. Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

 

Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən 3 - ü, sürücü və Astara rayon sakinləri 1995 - ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999 - cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar. Həkimlər onlara küt travma, sağ saitin 1/3 - nin termiki yanığı diaqnozu qoyaraq, ilkin tibbi yardım göstəriblər. Xəsarət alanların müalicələri xəstəxanada davam etdirilir.

 

Qeyd edək ki, qəzada xəsarət alan sürücü Azərim Azərili, Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.

 

Faktla bağlı araşdırma aparılır./APA

Tarix: 15 İyun 2024, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin