2015-ci ildə sərhədi qanunsuz keçərək Almaniyaya gedən jurnalist Şirin Abbasov (Tire) ötən gün Azərbaycana qayıdıb. Barəsində cinayət işi başlanılaraq həbsli axtarışa verilmiş jurnalist bu gün məhkəməyə çıxarılıb.
Məlumat üçün deyək ki, Şirin Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanılıb, həbsli axtarışa verilib.
Bu səbəbdən o, ötən gün ölkəyə qayıdan kimi hava limanında saxlanılıb.