BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürdə güclü partlayış: Çox sayda yanıq xəsarəti alan var - YENİLƏNDİ

Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub.

 

Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü, Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.

 

Zərərçəkənlərin bir neçəsi yanıq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.

 

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

 

***

 

23:03

 

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

 

Qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

 

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır./Report

Tarix: 16 İyun 2024, 00:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin