BURADA REKLAMINIZ OLA
BİLƏR

Çimərliklərdə qiymətlər yenə qalxdı: Giriş 30 manat...

Bu gündən Azərbaycanda çimərlik mövsümünə start verilib.

 

Artıq əksər restoran və iaşə obyektləri tam hazır vəziyyətə gətirilib. Stol-stul dəstləri düzülüb, abadlıq işləri isə yekunlaşıb. 

 

Pravda.az xəbər verir ki, "Cebhe.info" dənizkənarı obyektlərdə qiymətləri araşdırıb.

 

Bilgəh, Novxanı, Buzovna və Şixov ərazisində olan akvaparklara giriş ara günləri 25 manat, həftəsonu isə 30 manatdır. 

 

Məşhur "Dalga Beach" akvaparkına girişin qiyməti isə həftəiçi 30 manat, həftəsonu 40 manat təşkil edir. 

 

Akvaparklara bəzi əlavə qidaları gətirməyə icazə verilsə də, böyük əksəriyyəti qida ilə girişə qadağa tətbiq edir.

Tarix: 15 İyun 2024, 23:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin