Sosial şəbəkələrdə banklardan birinin ad günü münasibətilə 200 manat bonus hədiyyə veriləcəyi ilə bağlı yalan məlumatlar paylaşılır.
Link vasitəsilə daxil olub, "200 manat qazan" seçimini kliklədikdə, kartla bağlı bütün məlumatlar istənilir.
Linkin çat bölməsi ilə əlaqə saxladıqda da, onlar rəsmi sayt olduqlarını və 200 manat vermək üçün bütün məlumatların verilməsini tələb edirlər.