"Oğlum Hüseynin 15 yaşı olacaq. Şükürlər olsun ki, Hüseyn mənim sənətimi davam etdirmədi. O hansı qızı istəsə, onu da ona alacağam. Mən İtalyada yaşamaq istəyirəm. İllər ötəcək, oğluma deyəcəyəm ki, "duxun" çatırsa, məni orada yaşat. Mən öz nəslimə və kökümə yaxşı qız olmuşam. Hüseyn anasına cavabdeh ola bilməyəcək?! Onun bir dənə anası var. Göndərsin məni İtalyaya. Yaşlananda gedim özüm üçün yaxtada uzanım". Bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Sənətçi oğlu Hüseynə qoyduğu qadağalardan söz açıb. Röya bildirib ki, yeniyetmə övladını çərçivələr içində böyüdür:
"Oğlum məni çox yorur. Misal üçün, səhər məndən bir şeyə görə icazə alır, amma mən o icazəni ona vermirəm. O icazəni məndən alana qədər cəhdlərinə davam edir. Hüseyn dostları ilə toplaşmaq istəyir. Həftədə bir-iki dəfə ona icazə verirəm.