Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (Vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilən Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları - Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı maliyyə şöbəsinin müdiri Asif Həsənova hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, onlarla bərabər və eyni maddə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasının sabiq xəzinədarı və terapiya şöbəsinin müdirinə də cəza verilib.
Belə ki, 2007-ci ildən 2022-ci ilin iyul ayınadək Ələkbər Əkbərov, Səidə Şahpələngova və digər təqsirləndirilən şəxslər əlbir olaraq hər hansı vəzifə funksiyalarını yerinə yetirməyən, əmək müqavilələri əsasında 10 nəfəri işə görtürərək onların adlarına yazılmış ümumilikdə 206316,38 manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyiblər.
Pulun 20 faizi işçilər, qalanı isə baş həkimlər arasında bölünüb.