Şou biznesin bu gün ən özündən deyən müğənnilərindən biri Rəqsanədir. Onun həyatını "Zooluşka"nın nağılına bənzətmək olar. Bir zamanlar bir çörəyə möhtac qalıb, xarabalıqlardan saraylara qədər özünə yol salan müğənnidir Rəqsanə.
Cəsarəti onu müğənni kimi yox, bir insan kimi ayaqda saxlayıb. Baxmayaraq ki, Rəqsanənin kifayət qədər maddi problemləri, müxtəlif məhkəmə cəkişmələri olub. Təkbaşına vəziyyətdən cıxıb və bu gün sözünün qarşısına söz deyilməyən, hamıya arxa dayaq durmağı bacaran, yeri gələndə bunu sevərək edən müğənnidir Rəqsanə. Onun yerinə hər hansı başqa bir biri olsaydı, dözə bilməzdi. O küllərin içindən çıxıb alov olmağı bacarıb. Pravda.az lent.az-a istinadən müğənni Rəqsanə İsmayılova barədə məlumat verir.
- Rəqsanə İsmayılova harada anadan olub?
Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Gədəbəydə doğulub.
- Rəqsanənin ali təhsili var?
Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinin diplomunu alıb.
Müğənni Rəqsanə 2 dəfə rəsmi ailəli olub. Birinci evliliyindən qızı Aysun dünyaya gəlib. Öz dediyinə görə, Goranboy rayonuna ərə gedib. Hamiləykən aclıq çəkib, bir tikə çörəyə belə möhtac qalıb. Əri ayrıldıqdan sonra qızı Aysunla maraqlanmayıb. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Necə deyərlər imkansızlıq onu müğənni olmağa məcbur edib.
- Rəqsanənin neçə övladı var?
Müğənni 4 uşaq anasıdır. Son iki uşağının atası indiki əri Fazil Əmiraslanovdur. 3 qızı bir oğlu var.
- Rəqsanənin ikinci qızı Yağmurun atası kimdir?
Rəqsanə bu barədə danışmır. Yağmurun köklü bir nəslin daşıyıcısı olduğunu deyib. İfaçı bir müsahibəsində bildirib ki, keçmiş həyat yoldaşından dünyaya gələn qızı Yağmur atasını görmək istəyir:
"Biz buna etiraz etmirik. Artıq 14 yaşı var. Bu, onun haqqıdır, onun fikrinə hörmətlə yanaşıram. Fazil müəllim də onun fikrinə normal yanaşdı. Üzümüzə gələn həftə məhkəmə vasitəsilə istəyirik ki, analizlər keçirilsin, hər şey qanun çərçivəsində olsun. DNT testi ona görədir ki, atası əvvəllər qəbul etmirdi. Yağmur atasını tanımalıdır və bu, məhkəmə yolu ilə təsdiqlənməlidir".
- Rəqsanənin atası kimdir?
Atası İsmayıl Cəfər oğlu Cəfərov onu 5 yaşında atıb gedib. Hazırda Rusiyanın Rostov şəhərində məhkəmədə işləyir. Orada Qalina adlı rus qadınla evlənib və ondan Mircəfər və Elvira adlı iki uşağı var. Rəqsanə atasını Xoşqədəmin proqramında axtarıb tapsa da atası onunla görüşmək istəməyib.