Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yanında “Vektor” Virusologiya və Biotexnologiya Elmi Mərkəzi koronavirus infeksiyasına qarşı peyvənd hazırlayıb.
Bu barədə mərkəzin direktoru Rinat Maksyutov “Rossiya 1” telekanalına məlumat verib.
Sözügedən peyvəndi burun vasitəsilə yeritmək mümkün olacaq.