Biznesin bir qızıl qaydası var. "Yumurtaların hamısını bir səbətə yığmaq olmaz”. Bu o deməkdir ki, maliyyəni müxtəlif sahələrə yatırmaq lazımdır ki, batanda hamısı batmasın. Azərbaycanda ən gəlirli sahələrdən biri toy biznesidir. Bəs görəsən yerli məşhurlarımız toy biznesindən əldə etdikləri qazancla hansı əlavə biznes qurublar?
Pravda.az lent.az-a istinadən məşhurların əlavə biznesləri barədə məlumatı təqdim edir:
Müğənni Rəqsanə oxumaqla yanaşı restoran biznesi ilə də məşğuldur.
Xuraman Şuşalı xınayaxdı təşkilatçısıdır.
Rəqqasə Fatimə həm müğənnilərə paltar kirayə verən dükan sahibidir, həm də xınayaxdı təşkilatçılığı edir.
Vəfa Şərifova da paltar kirayəsi ilə məşğul olur.
Faytonçu Nazim bahalı çörəklər satan dükan sahibidir.
Aktyor İlkin Həsəni "İlk media" reklam, film çəkilişləri edən şirkətin sahibidir.
Röya Ayxan neçə kiçik ev tikdirib, Nabrana istirahətə gələn turistlərə və ən əsası, ailəvi dincələnlərə kirayə verir. Həmin evlərin gündəlik qiyməti 50-150 manat arasındadır.
Xatirə İslam xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub.