Türkiyədə azərbaycanlı yeniyetmə dənizdə boğulub. Pravda.az lent.az-a istinadən bildirir ki, hadisə Qara dənizin ən təhlükəli sahillərindən olan Şile rayonu ərazisində qeydə alınıb. 17 yaşlı Yusif Camalov dənizdə yoxa çıxandan sonra onun meyiti səhər saatlarında tapılıb.
Azərbaycanlı ana-oğul dənizdə boğuldu
Mərhumun atası Araz Camalov bildirib ki, oğlu ilə yanaşı xanımı da suda boğulub:
"Həyat yoldaşımı qurtara bilsəm də, oğlumu qurtara bilmədim, gücüm çatmadı. Çimərlikdə heç bir xilasetmə, təhlükəsizlik qüvvələri yoxdur. Əgər belədirsə, bağlansın ora. Hər gün 3-4 nəfər boğulub ölür".