Daxili İşlər Nazirliyi Quba sakininin evindən oğurluq edən şəxslərin azadlıqda gəzməsi ilə bağlı iddialara münasibət bildirib.
DİN evdən oğurluq edənlərin azadlıqda gəzməsi barədə iddialara cavab verdi
Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, məsələ ilə bağlı Quba RPŞ-də zəruri araşdırmalar aparılıb:
"Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq".