Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb.
Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş şəxsin vəkilləri vəsatətlərində mülki iddia və təqsirləndirilən şəxsin əmlakına həbs qoyulması məsələsini qaldırıblar.
Məhkəmə heyəti müşavirədən sonra mülki iddianı icraata qəbul edib, digər vəsatəti isə təmin etməyib.
Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin olunub.