Bu il Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən həlak olan zəvvarların sayı 922-yə yüksəlib. Hətta, Məkkəyə ailəsi ilə birlikdə gedən 4 yaşlı misirli uşağın dünyasını dəyişməsi reaksiyalara səbəb olub.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında keçmiş deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə Həcc ziyarəti zamanı həlak olan zəvvarlara Allahdan rəhmət diləyib.