21 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kayrat Osmonaliyevi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-dən Pravda.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qırğızıstan arasında mövcud dərinləşmiş strateji tərəfdaşlıq münasibətlərindən, liderlər arasında artan siyasi təmaslardan və artan əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında səylərinə görə qarşı tərəfə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.
Azərbaycan və Qırğızıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın əsasında iki ölkə və xalqlarımız arasında mövcud qardaş və dost münasibətlərin, həmrəylik və qarşılıqlı dəstəyin dayandığı məmnunluqla qeyd olunub.