BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda müğənni həbs edildi - FOTO

2022-ci ilin fevral-avqust ayları ərzində Salyan rayonunun Yenikənd və Şəkərli kəndləri ərazisində beş evdən oğurluq etmiş və iki evdə quldurluq əməli törətmiş 1992-ci il təvəllüdlü Vüsal Cəfərovla bağlı bəzi faktlar məlum olub.

 

Publika.az-ın məlumatına görə, hadisələri törədən V.Cəfərov rayonda müğənni kimi tanınıb və şənliklərdə iştirak edirmiş.

 

Bildirilib ki, o, qumar oyunlarına pul qoyduğuna görə borca düşüb və buna görə oğurluq, quldurluq kimi əməllərə əl atıb. V.Cəfərov gecə saatlarında gizli şəkildə evlərə girərək oğurluq edirmiş. İki dəfə isə Vüsal evdə yaşayan şəxslərlə qarşılaşdığından onlara qarşı quldurluq edərək qaçıb.

 

Baş vermiş müəmmalı hadisələrə görə xüsusilə Yenikənd kəndində uzun müddət həyəcanlı vəziyyət yaranıb və əhali təşviş keçirib.Azərbaycanda müğənni həbs edildi

Tarix: 21 İyun 2024, 20:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin