Türkiyədə iyunun 1-dən etibarən koronavirus pandemiyası səbəbindən tətbiq olunan karantin rejimi məhdudiyyətləri aradan qaldırılır.
Pravda.az xəbər verir ki, məktəbəqədər özəl təhsil müəssisələri, xarici dil, computer kursları, sürücülük kursları sabahdan etibarən fəaliyyətini bərpa edəcək.
Şəhərlərarası səyahət məhdudiyyətlərinə də son qoyulur.
Küçəyə çıxmaları qadağan edilən uşaqlar və gənclər dayə, valideyn himayəsində gündüz növbəsi tərbiyə müəssisələrinə gedəcək, valideyn nəzarətində səyahət edə biləcəklər.
Daxili uçuşlar bərpa olunur. Təyyarələrin göyərtəsinə yük yığılmasına icazə verilməyəcək.
Dəmiryol stansiyalarında 06:00-dan 22:00-dək gündəlik 285 səfər gerçəkləşdiriləcək. Qatarlar Zeytinburnu-Maltəpə-Zeytunburnu aralığında 8 dəqiqə, digər stansiyalarda isə 15 dəqiqə intervalla işləyəcək.
Turizm məqsədli gəmi səyahətlərinə icazə veriləcək.
Dövlət müəssisələrində işçilər normal iş fəaliyyətinə keçəcəklər.
Sabahdan etibarən restoran, kafe, konditerlər, qiraətxanalar, çay bağçaları, dərnəklər, hovuzlar qapalı məkanların işlədilməsi qaydalarına uyğun olaraq saat 22:00-dək fəaliyyət göstərəcək.
Əyləncə məkanlarında qəlyan satışı qadağandır. Çimərliklər, parklar, muzeylər müəyyən qaydalar çərçivəsində açılacaq.