Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Hadisə yerindən GÖRÜNTÜLƏR!!! Bakıda 3 polis əməkdaşı, 1 mülki şəxs BURADA qətlə yetirilib - VİDEO

1 496
Paylaş:
Hadisə yerindən GÖRÜNTÜLƏR!!! Bakıda 3 polis əməkdaşı, 1 mülki şəxs BURADA qətlə yetirilib -     VİDEO

Xəbər verdiyimiz kimi paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirmişdir.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Real TV-nin hadisə yerindən hazırladığı reportajı təqdim edirik:

Paylaş:

Ən son xəbərlər