Xəbər verdiyimiz kimi, bugün polisin Şüvəlandakı əməliyyatı zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs güllələnib. Gununsesi.info polisləri və qonşusunu qətlə yetirən Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan əvvəllər dəfələrlə məhkum olunmuş,1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu haqqında məlumatlar əldə edib.
Əldə etdiyimiz özəl məlumatda bildirilir ki, Rövşən Allahverdiyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.
Əvvəllər də bu maddə ilə məhkum olunan Rövşən Allahverdiyev bu dəfə ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurub.
Bildirilir ki, onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub.
