“Maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir. Yazdığı layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt oluna bilməz və olunmayacaq".
Bunu Zəngilanda keçrilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunda çıxışında Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdir Tural Əliyev deyib.
O, xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırıb: "Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Sirr deyil ki, qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik. QHT seqmentinə xaricdən qeyri-qanuni yollarla, “qrant” adı altında müdaxilə cəhdləri yolverilməzdir, bu cəhdləri edənlər bundan sonra da Azərbaycan dövlətinin qəti addımları ilə qarşılaşacaqlar.