“Sevimli Dad”ın bişmiş kolbasalarının tərkibində insan sağlamlığı üçün olduqca zərərli olan E250 qida əlavəsi var. XALQ.AZ xəbər verir ki, bu barədə “Neptun” supermarketlər səbəkəsi “Sevimli Dad” kolbasalarının kataloqunda məlumat yerləşdirib. Həmçinin bu barədə sözügedən firmanın kolbasalarının üzərində də qeyd edilib. Belə ki, “Sevimli Dad”ın qaymaqlı bişmiş kolbasa növü və S.D.Korona doktor/lubitelskaya bişmiş növlərinin tərkibində təhlükəli E250 maddəsi var.
Korona doktor/lubitelskaya bişmiş növün tərkibində mal əti, donuz piyi, nişasta, zülalstabilizatoru, quru süd, natrium-nitrit (E250), duz, ədviyyatlar olduğu qeyd edilib. Qaymaqlı bişmiş növün tərkibində isə yağlı və yağsız mal əti, toyuq əti, quru süd, nişasta, yumurta və ya melanj, natrium nitrit (E250), duz, ədviyyatlar olduğu yazılıb.
