Daşkəsəndə baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev özündən 14 yaş kiçik arvadı Atlas Ocaqverdiyevanı öldürüb.
Mərhumun qardaşının sözlərinə görə, onların arasında mübahisələr çox olub. Sonuncu davaları isə may ayının 14-də yaranıb.
Hətta qətli törədən şəxs bu tarixi yaddaqalan etmək üçün evin divarına yazıb.
Qonşuların sözlərinə görə, T.Ocaqverdiyevin heyvanları qonşunun həyətinə keçib, qonşu isə narazılıq edərək, heyvanların onun məhəlləsini dağıtdığını bildirib. Elə ərlə-arvad arasındakı mübahisə isə bundan sonra gərginləşib.