Azərbaycan Milli Məclisinə Naxçıvan Muxtar Respublikasından seçilən deputatlar Ülviyyə Həmzəyeva və Cəbi Quliyev parlamentin plenar iclaslarına qatıla bilmirlər.
Pravda.az-ın xəbərinə görə, buna səbəb koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlı olmasıdır. Adı çəkilən deputatlar hazırda Naxçıvandadırlar və Bakıya gələ bilmirlər. Üzrlü səbəb olduğuna görə bu, nəzərə alınır.