"Əlimdə nazirlərimizdən birinin ezamiyyə əmri var. Yazıb ki, xaricdə ezamiyyətdə olduğum dövrdə nazir səlahiyyətləri filankəs müavinimə həvalə olunsun. Nazir səlahiyyətlərini müavini icra edirsə, xaricdə ezamiyyətdə olan şəxs artıq nazir deyil, deməli. Bəs kimdir? Turist?"
"Nazir səlahiyyətlərini müavini icra edirsə, xaricdə ezamiyyətdə olan şəxs artıq nazir deyil. Bəs kimdir? Turist?"
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.
"Digər nazirlərimiz də belə savadsız əmrlər verir ezamiyyətə gedəndə? Ümumiyyətlə, nazir, səlahiyyətlərini tam şəkildə başqasına həvalə edə bilərmi?" - Ə.Həsənov bildirib.