“Cəmiyyətdəki bütün problemlərin kökündə matriarxatlıq dayanır. Məktəbləri də buna nümunə göstərmək olar. Orada da əksəriyyət qadın müəllimlərdir. Qadınların məktəblərdə, digər sahələrdə, cəmiyyətdə üstünlük təşkil etməsi əksər problemlərin kökündə dayanan səbəblərdəndir. Bu da son zamanların əlamətləridir”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib. Onun sözlərinə görə orta məktəblərdə, ali təhsil müəssisələrində qadınların üstünlük təşkil etməsi problemlərin yaranmasına səbəb olur:
“Unutmayın ki, xanımlar ən yaxşı halda məlumat verə bilər. Ancaq qadın elm verə bilməz. Bizim elm ocağımız yoxdur. Elmi ocaqda, universitetlərdə, məktəblərdə müəllim qalmayıb. Hamısı müəllimələrdir.