Şüvəlanda 3 polisin və 1 mülki vətəndaşın güllələnməsi ilə nəticələnən dəhşətli cinayətin yeni təfərrüatları üzə çıxıb.
Qatilin ayrı-ayrı vətəndaşlara ümumilikdə, 1.5 milyon manat borcu olduğu bildirilirdi. Gununsesi.info-nun yeni araşdırması zamanı isə məlum olub ki, Rövşən Allahverdiyev ayrı-ayrı şəxslərdən aldığı həmin pulları müxtəlif dövlət orqanlarına rüşvət kimi verib.
Rövşən Allahverdiyevin aldığı pullar torpaq sahələrinin sənədləşdirilməsi, torpaq sahələri üzərində tikintiyə icazə alınması üçün İqtisadiyyat Nazirliyi Yanında Dövlət Əmlak Xidmətinin və Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxslərinə verilib.
Rövşən Allahverdiyev isə bu prosesdə vasitəçi rolunu oynayıb.
Ancaq prosesin aylarla uzanması həmin şəxslərin Rövşən Allahverdiyevdən şikayətlərlə səbəb olub.