Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bulvarda 2 nəfər dənizə düşdü, biri xilas olundu - YENİLƏNDİ

1 296
Paylaş:
Bulvarda 2 nəfər dənizə düşdü, biri xilas olundu -   YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir.

***

18:10

Xəzər dənizində qadın batıb.

Hadisə Xəzər dənizinin Sumqayıt Bulvarı hissəsindən keçən ərazisində baş verib.

Ərazidə olan sakinlərin bildirdiyinə görə, qadın özünü intihar məqsədi ilə dənizə atıb.

Qadının axtarışları davam etdirilir.

APA

Paylaş:

Ən son xəbərlər