24-26 iyun 2024-cü il tarixlərində Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak edib.
İclasa İran nümayəndə heyətinin rəhbəri A.Cahangiri sədrlik edib.