“Hərdən ev yiyəsinə məəttəl qalıram ki, səsi olmayana necə əli gəlir 6-7 min manat verməyə?” Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Xəzər axşamı”nda deyib.
O, səsi olmayan, toyda fonoqram oxuyan həmkarlarından danışıb:
“Xərc çəkib, məni toya çağırırlarsa, mən də sənətimə məsuliyyətlə yanaşıram. Bunu hər kəs bilir. Bəziləri var, bir-iki mahnı oxuyandan sonra yorulur, keçir fonoqrama. Yaxud da toyun sonuna qədər eyni not üzərindən oxuyurlar. Çünki başqa not bilmirlər.