Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko 10 illik münasibətlərini sonlandıraraq boşanıb. Axşam.az-ın məlumatına görə, "StarHit" nəşri ikilinin ayrılma səbəbini açıqlayıb. Cütlüyə yaxın mənbədən nəşrə bildirilib ki, Y.Eyvazovla A.Netrebkonun ayrılmasına aralarındakı uzaq məsafə səbəb olub:
"Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar: Yusif Bakıda çox işləyir, Anna isə daim Vyanadadır. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi".