Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib. Pravda.az Oxu24.com-a istinadən xəbər verir ki, hadisəni törədən şəxs 21 yaşlı İsmayıl Allahverdiyev Bakıda Daxili Qoşunlarda MAXE kimi xidmət edirmiş. Qətli də xidməti silahla törədib.
Saytın əldə etdiyi məlumata görə,hadisədən bir müddət öncə tərəflər arasında yaşadıqları kənddə əlbəyaxa dava olub.
Həmin davadan sonra tərəflər arasında münasibət daha da kəskinləşib.