Bakının Nizami rayonu, Tofiq Abbasov küçəsi 33 d ünvanında qanunsuz tikinti işi aparılır.
Pravda.az Tribunainfo.az-a istinadən xəbər verir ki, ərazidə tikinti normativləri kobud şəkildə pozulub.
Belə ki, Türkiyədə zəlzələdən sonra yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə təyinatının dəyişdirilməsi ölkə rəhbəri səviyyəsində qadağan olundu.
Buna da səbəb yaşayış binasının 1-ci mərtəbəsindəki əsas sütunların zədələnməsidir. Lakin sözügedən ünvanda bu qaydalar pozulub. Həmçinin, həmin ərazidə səki satılıb. Bundan başqa, rayonun Elşən Süleymanov küçəsi 91 ünvanında da qanunsuzluğa yol verilib.















