Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda bazarda gənc oğlan qətlə yetirildi - YENİLƏNDİ

1 183
Paylaş:
Bakıda bazarda gənc oğlan qətlə yetirildi -   YENİLƏNDİ

İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır

***

06:21

Bakının Sabunçu rayonunda 31 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

Hadisə Sabunçu bazarında qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Əhmədov Rasim Etibar oğlu bazarda tanışı ilə mübahisə zamanı ürəyindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

APA

Paylaş:

Ən son xəbərlər