Azərbaycanlıların yaşadığı bu kənddə koronavirusa yoluxanların sayı 75-ə çatdı

“Bolnisi rayonunun Muşevani kəndinin (Dəllər) bütün sakinləri tibbi müayinədən keçirilib”.

Pravda.az xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, kənddə 1 135 nəfərdən bioloji nümunə götürülüb və onların 75-i pozitiv çıxıb: “Gürcüstanda koronavirusla bağlı ən “qaynar nöqtə” Muşevani kəndidir. Virusa yoluxanların hamısı tibb müəssisələrinə çatdırılıb. Onların vəziyyəti qənaətbəxşdir, bəziləri artıq sağalıb. Eyni zamanda 60-a yaxın kənd sakini karantindədir”.

Qeyd edək ki, 250 ailənin yaşadığı Muşevani kəndində aprelin 25-dən sərt karantin rejimi tətbiq olunur.Report

Tarix: 1 İyun 2020, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin