Pravda.az lent.az-a istinadən toylar kraliçası, müğənni Nazənin barədə məlumat verir.
- Nazənin harada və nə zaman anadan olub?
Nazənin Rəhim qızı Salayeva 1964-cü il iyulun 28-də Astara rayonunda dindar ailəsində anadan olub. Nazəninin atası Rəhim axund olub. 6 qardaşın bir bacısıdır.
- Nazənin ailəlidir? Neçə övladı var?
Bəli. 3 övladı var. Sonuncu övladı Orxan onun ikinci nikahındandır və azyaşlıdır. Efirdə çıxışlarından birində ilk dəfə çox varlı ailəyə gəlin getdiyini, oxumağı bu sənəti sevdiyi üçün seçdiyini söyləyib.
- Nazənin yaradıcılığa necə başlayıb?
Nazənin müğənniliyə Niyaməddin Musayev, Cabbar Musayevin dəstəyi ilə gəlib, uzun illər Cabbar Musayevlə birgə "Durna teli" ansamblında işləyib. Sonralar solo fəaliyyətə başlayıb.
- Nazəninin ən tanınmış mahnıları hansılardır?
"Ay ürəyim", "Geri dönsən", " Hardan düşdün sən yadıma bu gecə", "Səni sevərəm" mahnıları ona uğur qazandırıb.
- Nazəninlə Təranə Qumral arasında qalmaqalın səbəbi nə idi?
Tərəflər dəfələrlə bir-birlərini məhkəməyə verib, ictimai şəkildə təhqir ediblər. 2014-cü ildə müğənni Təranə Qumralın şikayəti əsasında Azərbaycan respublikasının Cinayət Məcəlləsinin "Böhtan" (147-ci maddə) və "Təhqir" (148-ci maddə) maddələri ilə məsuliyyətə cəlb edilib. ANS TV-nin "Bazar səhəri" verilişinin 2 noyabr 2014-cü il saylı buraxılışında müğənni Nazəninin və prodüseri Pərvizin Təranə Qumral barədə səsləndirdiyi ifadələr qarşı tərəfi məhkəməyə müraciət etməyə vadar edib. Pərviz Abbasovun "Instagram" səhifəsində yerləşdirdiyi "Bədbəxt ailə tablosu: Əri ola-ola başqa kişilərə göz qoyan Təranə" ifadəsi Təranə Qumralı əsəbiləşdirib.
Əslində qalmaqalın kökü daha əvvələ dayanır. Tərəflər dəfələrlə bir - birlərinə qarşı xoş olmayan ifadələr işlədiblər. Məsələn, Təranə Qumral şou proqramların birində Nazənin xanımın 7 əri olduğunu demişdi.
"Nazənin deyir ki, Təranəni həyat yoldaşım ilə tutmuşam. Onun 7 həyat yoldaşı olub. Hansı ilə tutub məni? Ad-soyad desin, şəkil göstərsin. Təranənin bir həyat yoldaşı var, o da ki, Musa Musayevdir. Bunu bütün aləm, el-oba bilir. Bu söhbəti mən açdım ki, Nazənin ailəmi dağıtmaq istəyirdi. Nazənin kiminsə ərindən uşaq doğub. 21 ildir bu ailədə can qoymuşam, Musa ilə ər-arvadıq. Mənə deyir ki, Musa sənin ərin deyil. Azərbaycan xalqı bizi birlikdə görüb, mən ailəmi Nazənin kimilərə yem etmərəm. Nazənin 62-ci il təvəllüdlüdür, uşağının 2 yaşı var. O, silikonlu "kukla"dır, özünü neçə dəfə "yığdırıb". 50 yaşlı qadın uşaq doğa bilməz. O, ancaq süni mayalanma ilə uşaq doğa bilər".
Nazənin isə "Mən heç vaxt yoldaşımın bundan qabaqkı ailəsinin olması barədə nə yalan məlumat yaymamışam, nə də bunu gizlətməmişəm. Kim sual veribsə, açıq-aşkar demişəm ki, həyat yoldaşımın bundan qabaq yoldaşı olub. Ona görə də bu şeyi bu qədər şişirtmək kimlərəsə maraqlıdırsa, özləri bilər. Çox gecikmiş məlumatdır. Mənim gül kimi ailəm var. Bostanıma daş atmaq istəyirlərsə, mənim heç kimdə işim yoxdu. Mən mətbuatdan səbrli olmağı xahiş edirəm. Məhkəmədən sonra mətbuat konfransı keçirib hər şeyi yerli-yataqlı danışacağıq" şəklində açıqlama verib.
2015-ci ildə mediada özünü Nazəninin əri Məhəbbətin qohumu kimi təqdim edən bir qadın Nazəninin evil kişi ilə birlikdə olduğunu iddia etmişdi:
"Əri Nazəninlə nikahdan keçsə də, o, arvadının yanında yaşayır. O adam öz evində qalır, öz evində yaşayır. Nəvəsi də var, övladları da var. Üç övladı olub, biri rəhmətə gedib. Bir oğlu, bir qızı var: Ayxan, Günel. Günelin də 3 yaşında qızı var. Nazənin Məhəbbətin birinci ailəsinin evinə dost kimi daxil olub. O, Məhəbbətin birinci yoldaşı ilə rəfiqə olub. Bütün günü bir yerdə, kabab yeməkdə, bağda, qonaqlıqlarda bir yerdə olublar. Nazənin Məhəbbətin qızının toyunda iştirak edib. Qızının toyunu da, xınayaxdısını da aparıb. Mən özüm də o toyda iştirak etmişəm. Məhəbbətin yoldaşı ilə Nazənin can bir qəlbdə idilər. Sonra Nazənin gördü ki, bu sakitdi, deməli, bunun ərini əlindən almaq olar və istəyinə də çatdı. Pul da var, ona görə övlad dünyaya gətirdi. Belə əri kim istəməz? Göydə axtarırdı, yerdə əlinə düşdü".
- Nazənin bu iddialara necə cavab verib?