Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi açıqlanıb. Yeniavaz.com xəbər verir ki, İqtisad Universiteti qalib şirkətdən – “İnnovation Event” MMC (VÖEN – 1304829761) “Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı təşkilatçılıq xidmətləri satınalacaq və qarşılığnda 50 min 740 manat ödəyəcək.
İqtisad Universitetinin “Məzun günü”nü məşhur şairin nəvəsi təşkil edib
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “İnnovation Event” MMC 13 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tağı Şahbazlı, ev 110, m. 15 ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Kürçaylı Əliağa Ülfət oğludur.
Onu da bildirək ki, “İnnovation Event” MMC-nin qanuni təmsilçisi Kürçaylı Əliağa Ülfət oğlu məşhur şair Əliağa Kürçaylının (1928-1980) nəvəsidir.