Tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlər və həmin texniki şərtlərlə bağlı layihə sənədlərin verilməsi tikintiyə icazə alınması üçün ərizə Kiçik və orta biznes evlərində verildikdə İqtisadiyyat Nazirliyi, digər hallarda isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçiriləcək.
Pravda.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.